Ansu Fatinin "Monako" klubuna keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu icarə əsasında Fransa klubuna keçib. "Monako" gələn yay 11 milyon avro ödəyərək onu birdəfəlik transfer edə bilər.

Fati yeni komandasında 31 nömrəli formanı geyinəcək.

"Monako" daha öncə Erik Dayer və Pol Poqbanı da heyətinə qatmışdı.

.