Avrozonada inflyasiya Avropa Mərkəzi Bankının (AMB) hədəfinə uyğunlaşıb.
İndex.az xəbər verir ki, “Eurostat” Avrozonada illik inflyasiyanın 2% olduğunu açıqlayıb.
Beləliklə iyun ayında Avrozonada inflyasiya AMB-nin hədəfi daxilində qalıb.
Qeyd edək ki, iyun ayı üzrə inflyasiya iqtisadçıların proqnozlarına uyğun olub.
Belə ki, “Bloomberg”in sorğusuna qatılan 44 iqtisadçının orta hesablamasına görə iyun ayı üzrə inflyasiya 2% olmalı idi.