AZ

FIFA Klub Dünya Kuboku: MS və “İnter” 1/8 finalda uduzdu

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, bu gecə 1/8 final mərhələsinin növbəti iki oyunu baş tutub.

İtaliya təmsilçisi “İnter” Braziliyanın “Fluminense” komandası ilə qarşılaşıb. Oyun Braziliya klubunun qələbəsi ilə başa çatıb. Bununla da Milan təmsilçisi mundialla erkən vidalaşıb.

İngiltərə nəhəngi “Mançester Siti” isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə üz-üzə gəlib. Bu matçda da sensasiyalı nəticə qeydə alınıb. Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” uduzaraq (3:4) yarışda mübarizəni erkən başa vurub.

“Əl-Hilal” 1/4 finalda “Fluminense” ilə qarşılaşacaq.

Xatırladaq ki, daha öncə “Palmeyras”, “Çelsi”, PSJ və “Bayern” də 1/4 finala vəsiqə qazanmışdılar. 1/4 finala sonuncu vəsiqə uğrunda “Real” – “Yuventus” və “Borussiya” Dortmund – “Monterrey” cütlükləri yarışacaq.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
1/8 final

İnter (İtaliya) – Fluminense (Braziliya) 0:2
Qollar: G.Cano, 3. Herkules, 90+4.

Mançester Siti (İngiltərə) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 3:4
Qollar: B.Silva, 9. E.Halland, 55. F.Foden, 104 – M.Leanardo, 46; 112. Malkom, 52. K.Kulibali, 94.

Seçilən
56
20
arena.az

10Mənbələr