AZ

İtaliya 2026-2028-ci illərdə 497 550 iş vizası verməyi planlaşdırır

Bakı. Trend:

İtaliya hökuməti 2026-2028-ci illərdə Avropa İttifaqından kənarölkələrin vətəndaşlarına 497 550 yeni iş vizası verməkniyyətindədir.

Trend xəbər verirki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bu plan qanuni immiqrasiyanı genişləndirmək və işçi qüvvəsiçatışmazlığını aradan qaldırmaq strategiyasının bir hissəsidir.

Təsdiq olunmuş kvotalara əsasən, 2026-cı ildə 164 850 əcnəbiişçinin ölkəyə daxil olmasına icazə veriləcək. Kvota həmkarlarittifaqı təşkilatlarının müraciətləri və əvvəlki müraciətlər üzrəməlumatlar nəzərə alınmaqla formalaşdırılıb.

Kənd Təsərrüfatı Birliyi Coldiretti qərarı dəstəkləyərək, buaddımı kənd təsərrüfatı və qida sənayesinin sabitliyi üçün vacibsayıb.

Qeyd edək ki, bu, Corcia Meloni kabinetinin ikinci immiqrasiyatəşəbbüsüdür; əvvəllər 2023-2025-ci illər üçün hökumət 450 mindənçox iş icazəsi verməyi planlaşdırırdı.

Seçilən
18
4
az.trend.az

8Mənbələr