“Beşiktaş” Artur Masuaku ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Konqolu sol cinah müdafiəçisinin klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
“Beşiktaş” Artur Masuakunu 2022-ci ilin yayında “Vest Hem”dən transfer etmişdi.
31 yaşlı futbolçu ötən mövsüm “qara qartallar”ın heyətində keçirdiyi 41 oyunda 1 qol vurub, 10 qol ötürməssi edib.