“Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə uzadılmayıb. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin “Qəbələ”də 22 oyun keçirib.
"Qəbələ" daha öncə Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçinlə də yollarını ayırıb.