Rusiya Ukraynaya hücumlar üçün pilotsuz təyyarələrdən istifadəni artırmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bunu Ukryana Prezidenti Volodimir Zelenski deyib.
O bildirib: "Rusiya planlarını dəyişmir və bu müharibədən çıxış yolu axtarmır. Əksinə, onlar Avropa da daxil olmaqla, yeni əməliyyatlara hazırlaşırlar. Onların belə bir prinsipi var: harada tutdu-tutdu. Ruslar görməlidirlər ki, onları hər yerdə dayandıracaq qüvvə var. Ona görə də bizim daha çox birgə istehsala, koordinasiyaya və Avropada ümumi təhlükəsizlik arxitekturamızın effektivliyinə ehtiyacımız var."