AZ

İstirahət etdiyi yerdə avtomobil vuraraq əzdi - TƏFƏRRÜATLARVİDEO

Həkim yol kənarında oturan kişini maşınla əzib.

Xezerxeber.az xəbər verir ki, hadisə Şəkinin Böyük Dəhnə kəndi ərazisində olub. Kənd  sakini 75 yaşlı Fəxrəddin Beybudov  məhəllədə yol kənarındakı daşın üzərinə oturub istirahət edirmiş. Azad Abdullayevin  idarə etdiyi avtomobil   yoldan çıxaraq kişini vurub.

Avtomaşını idarə edən şəxs Kiçik Dəhnə kənd sakini Azad Abdullayev kənd xəstəxanasının həkimidir. Sakinlərin iddiasına görə, o, toydan qayıdarkən hadisəni törədib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, faktla bağlı  cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
2
xezerxeber.az

4Mənbələr