AZ

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı... » AzadMedia.az


Vətəndaşlara qayğı, onların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması, mili-mənəvi dəyərlərin təbliği dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri, başlıca fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də dəfələrlə öz çıxış və müsahibələrində bu amillərin vacibliyinə toxunmuş, məmurları xalqla daha çox təmasda olmağa, xalqa xidmət etməyə, təvazökar davranmağa səsləmişdir. Dövlət başçısının “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” ifadəsi də dövlətimizin xalqa, vətəndaşa, onun qayğı və problemlərinin həllinə nə qədər böyük önəm verdiyini göstərir.

Bu mənada Bakının Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr, vətəndaşların arzu və ehtiyaclarına olan həssas münasibət Prezidentin tapşırıqlarının praktiki icrası baxımından gözəl örnək, layiqli nümunədir. Nəsimi rayonundakı xalqa xidmət nümunəsinin miqyas və əhəmiyyətini anlamaq üçün bəzi nünslara diqqət yetirmək kifayətdir.

Artan yaşıllıqlar, davamlı abadlıq işləri və kütləvi iməcliklər...

Nəsimi rayonunda görülən işlər fonunda diqqət çəkən ən mühüm məqamlardan biri dövlət başçısının çağırışına uyğun olaraq rayon ərazisindəki yaşıllıqların genişləndirilməsi, ekoloji mühitin davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu, özünü park və xiyabanlarıkı yaşıllıqların timsalında daha aydın göstərir. Bununla yanaşı, son illər rayon ərazisindəki küçə və yolların kənarında, eləcə də məhəllələrin daxilində minlərlə ağac əkilib ki, bu da təbiətə qayğının sistemli hal aldığını göstərir.

Rayon ərazisində əkilən ağaclar sırasında şam ağacları ilə yanaşı, zeytun və çinar ağacları çoxluq təşkil edir ki, bu da yerli iqlimə uyğun ağacların seçiminə daha çox üstünlük verildiyini göstərir.

Nəsimi rayonunda abadlıq işlərinin həyata keçirilməsi də sistemli və mütəmadi şəkildə aparılır. Görülən işlər çərçivəsində binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri həyata keçirilir. Parklarda yararsız vəziyyətə düşən oturacaqların təmiri, tamet daşlarının yenilənməsi, kiçik tutumlu zibil konteynerlərinin quraşdırılması, sanitar-təmizlik işlərinin aparılması, ağac və yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də başlıca fəaliyyət istiqamətlərindəndir.

Nəsimi rayonunda iməcliklərin keçirilməsinə də xüsusi diqqət yetirilir, bu iməcliklər zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Nümunə üçün qeyd edək ki, 15 mart 2025-ci il tarixində Nəsimidə ümumrayon iməcliyi çərçivəsində prospekt və küçələrin yuyulub təmizlənməsi, yaşıllıqlara daha genişmiqyaslı qulluğun göstərilməsi təmin edilmişdir.

Bundan başqa, cari ilin aprel ayında rayon ərazisində bir neçə dəfə iməcliklər təşkil edilmiş, bu iməcliklər zamanı genişmiqyaslı təmizlik işləri ilə yanaşı, həm də gənc nəsildə ekoloji mədəniyyəti inkişaf etdirməyə yönəlik maarifləndirici addımlar atılmışdır.

Milli-mənəvi dəyərlərə sadiqlik, qəhrəmanların cəmiyyətə tanıdılması, şəhidlərə sonsuz ehtiram...

Nəsimi rayonunda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm diqqət yetirilir, hər ay bu istiqamətdə böyük tədbirlər, önəmli layihələr icra edilir. Bu tədbirlərə qəhrəmanların cəmiyyətə tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, şəhdilərin doğum və anım günərinin qeyd olunması, Ulu öndər Heydər Əliyevdən bəhs edən ədəbi-bədii kompozisiyaların keçirilməsi və s. daxildir. Bunü nümunə olaraq 10 may 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum gününün rayon rəhbərliyi və ictimaiyyətinin birgə iştirakı ilə ehtiramla yad edilməsini göstərmək olar. Həmin gün şəhidin məzarı ziyarət edilmiş, məzar üzərinə gül-çiçək dəstələri düzülmüş, şəhidin xatirəsinə ehtsan süfrəsi verilmişdir.

Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliuyev və onun ideyalarının təbliğinə də xüsusi diqqət yetirilir, bu yöndə çoxsaylı tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlərdən biri cari ilin may ayında Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə keçirilmiş, Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytının da fəaliyyəti olduqca təqdirəlayiqdir. Saytda rayon ərazisində keçirilən tədbir və görülən işlərlə yanaşı, şəhidlərin doğum və anım günləri ilə bağlı da mütəmadi məlumatlar verilir, onlar haqqında informasiyalar təqdim olunur. İcra Hakimiyyəti sayt vasitəsilə milli dövlətçilik maraqlarımızın təbliği istiqamətində geniş iş aparır, gənclərin Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev ideyalarından faydalanması üçün bütün mümkün imkanlardan sitifadə edir.

Məhz görülən bütün bu kompleks işlərin nəticəsidir ki, bu gün Nəsimi rayonu paytaxt rayonları arasında xüsusilə seçilir və öz sürətli inkişafı ilə diqqət çəkir.

İnanırıq ki, Nəsimi rayonunda mövcud olan bu ənənə sonrakı illərdə də davam edəcək və paytaxtımızın, respublikamızın ümumi inkişafına bundan sonra da öz töhfəsini verəcək.

Seçilən
26
26
azadmedia.az

10Mənbələr