AZ

"Sabah"ın rəqibi "Everton"un sabiq qapıçısını transfer etdi

style='margin-bottom:10px;'>

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Selye" heyətinə yeni futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sloveniya təmsilçisi Jan-Lyuk Lebanı transfer edib. 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lebanın son klubu "Everton" olub. İngiltərə təmsilçisinin U-21 komandasının formasını geyinən sloveniyalı qolkiper bu ilin yanvarında kollektivi tərk edib. 

Xatırladaq ki, "Sabah"la "Selye" arasında ilk görüş iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr