AZ

İranda Tramp və Netanyahunun ölümünə fətva verildi

İranın şiə ruhanilərindən biri olan Ayətullah Nasir Məkarim Şirazi ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahuya qarşı verdiyi fətva ilə beynəlxalq diqqəti cəlb edib.

Şirazi hər iki lideri “Allahın düşmənləri” və “müharibə cinayətkarları” adlandıraraq onların “öldürülməsi üçün bütün yolların sınanmalı olduğunu” bildirib.

Verilən fətvada Tramp və Netanyahu açıq şəkildə “muharib” – yəni İslam cəmiyyətinə qarşı müharibə aparan düşmən olaraq elan olunub. Ayətullah Şirazi fətvada qeyd edir ki, bu iki lider İslamın dini rəhbərliyinə qarşı ciddi təhdiddir və belə şəxslərlə mübarizə aparmaq “ilahi vəzifə” hesab olunmalıdır.

Fətvada həmçinin qeyd olunur: “Bu yolda ölənlər Allahın əsgərləri kimi qəbul ediləcək. İmanına uyğun hərəkət edən hər bir müsəlman bu səylərinin qarşılığını alacaq”.

Şirazi fətvada əlavə edib ki, Tramp və Netanyahuya dəstək verən istənilən İslam ölkəsi və ya müsəlman fərd də günahkardır. Onun sözlərinə görə, belə dəstək açıq şəkildə “haram” hesab olunur və bu yolda hərəkət edənlər İslam cəmiyyətinə xəyanət etmiş sayılır.

Qeyd edək ki, ABŞ və İsrail tərəfinin rəsmi cavabı isə hələlik açıqlanmayıb.

Seçilən
38
40
tribunainfo.az

10Mənbələr