AZ

İnformasiya və sənədləşdirmə standartlaşdırması üzrə Texniki Komitə yaradıldı

BAKI, 30 iyun. TELEQRAF

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib.

Bu barədə Teleqraf-a AZSTAND-dan məlumat verilib.

Bildirilib ki, texniki komitənin əsas məqsədi fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasıdır. Belə standartlar gələcəkdə elmi informasiya və sənədləşdirmə sahələrində vahid terminoloji bazanın yaradəlmasına və tətbiqinə imkan verəcək.

Qeyd edək ki, AZSTAND/TK 52-nin tərkibinə nəşriyyat və mətbuat, ali təhsil müəssisələri, o cümlədən elmi-təqdiqat institutlarının nümayəndələri daxil edilib.

Seçilən
30
5
teleqraf.com

5Mənbələr