Azvision saytına istinadən ain.az xəbər verir.
AzVision.az AZSTAND-a istinadən xəbər verir ki, Texniki Komitənin əsas məqsədi fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasıdır. Belə standartlar gələcəkdə elmi informasiya və sənədləşdirmə sahələrində vahid terminoloji bazanın yaradəlmasına və tətbiqinə imkan verəcək. AZSTAND/TK 52-nin tərkibinə nəşriyyat və mətbuat, ali təhsil müəssisələri, o cümlədən elmi-təqdiqat institutlarının nümayəndələri daxil edilib. AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.