AZ

İzmir Hava Limanı meşə yanğınına görə uçuşları dayandırdı

Türkiyənin İzmir şəhərindəki Menderes Beynəlxalq Hava Limanı meşə yanğını səbəbindən uçuşları qəbul etməyi və göndərməyi dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə "TGRT Haber" telekanalı məlumat yayıb.

"Menderes Hava Limanı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Yanğın söndürüldükdən sonra uçuşların bərpa ediləcəyi gözlənilir", - deyə telekanal bildirib.

Qeyd edək ki, yanğın Seferihisar və Menderes rayonlarında 40°C-ə çatan güclü istilər zamanı baş verib. Bəzi yerlərdə sürəti saatda 70 kilometrə çatan küləyin əsməsi vəziyyəti daha da gərginləşdirir və alovun genişlənməsinə səbəb olur.

Seçilən
44
50
publika.az

10Mənbələr