AZ

Samuxda 86 yaşlı qadının yanmış meyiti aşkarlandı

Samuxda evdən yaşlı qadının yanmış meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndində baş verib. Kənd sakini 1939-cu təvəllüdlü Y.Bəkirovanın yanmış meyiti qonşular tərəfindən  aşkar edilib.

Dərhal hadisə yerinə Samux rayon polis şöbəsinin və rayon prokrorluğunun əməkdaşları cəlb edilib. Yaşlı qadının üzərində xəsarətlər olub. Onun  evdə tənha yaşadığı bildirilir. Hadisənin şəxs və ya şəxslər tərəfində törədildiyi araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Tural Əhmədov

Seçilən
14
21
unikal.az

10Mənbələr