AZ

İker Munyain bu komandanın baş məşqçisi təyin edildi

Əvvəllər Argentinada maliyyə problemləri ilə üzləşdiyi xəbər verilən İker Munyain 33 yaşında futboldan ayrılmaq qərarına gəlib və dərhal məşqçilik fəaliyyətinə başlayacaq.

90deqiqe.Az xəbər verir ki, Munyain İspaniyanın beşinci ən güclü liqasında çıxış edən "CD Derio" klubunun baş məşqçisi təyin olunub.

Yeni baş məşqçinin müqaviləsi 1 iyul tarixindən qüvvəyə minəcək.

Munyain uzun illər “Atletik” (Bilbao) komandasının kapitanı olub. 2009–2024-cü illər arasında klub üçün 560 oyunda iştirak edərək, klub tarixində ən çox oyun keçirən futbolçular siyahısında üçüncü yerdə qərarlaşıb. Bu müddət ərzində o, 76 qol vurub.

Seçilən
36
50
90deqiqe.az

10Mənbələr