AZ

Təhsil naziri 8-i 4-ə vura bilmədi

Estoniyanın təhsil naziri Kristina Kallas vurma cədvəlini unudub. 

"Unikal" xəbər verir ki, Kallad aparıcının 8 dəfə 4-ün nə qədər olduğu ilə bağlı sualına cavab verə bilməyib.

Müsahibə zamanı aparıcı Estoniyanın təhsil və tədqiqat naziri Kristina Kallasdan sadə riyaziyyat problemini həll etməyi xahiş edib. Cavabında nazir əvvəlcə “təhsil təkcə riyazi düsturlardan ibarət deyil” desə də, sualı yenidən soruşanda cavabını bilmədiyini səmimi etiraf etdi.

"Bilmirəm", - deyə Kallas qısa cavab verib. 

Kristina Kallas təhsil və inteqrasiya sahəsində ekspert, eyni zamanda siyasi və ictimai xadimdir. 2016-cı ildə “Triadik əlaqənin yenidən nəzərdən keçirilməsi: Estoniya, Rusiya və Estoniya rusları arasında etnosiyasi qarşılıqlı əlaqənin təhlili” mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər doktoru elmi dərəcəsi alıb.

Seçilən
40
46
unikal.az

10Mənbələr