Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşması ilə əlaqədar dənizdə üzmək qadağan edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, İstanbulun Beykoz, Arnavutköy və Şile rayonlarında dənizdə çimməyə qadağa qoyulub. Qara dəniz sahillərindəki Düzce və Sakarya əyalətlərində də yüksək dalğalar səbəbindən qadağa tətbiq edilib. pizza hut
Ümumilikdə Türkiyənin 81 vilayətindən 21-də "sarı" təhlükə səviyyəsi elan olunub.
Mərmərə və Egey dənizi regionunda güclü şimal küləyinin sürəti 40-60 km/saata, bəzi ərazilərdə isə 70-80 km/saata çatacağı gözlənilir./Oxu.az
Telegram kanalımız