AZ

Bilecikdəki meşə yanğınlarında 23 ev tamamilə dağıldı

BAKI, 29 iyun. TELEQRAF

Bilecik vilayətində baş verən meşə yanğınları nəticəsində 3 kənddə 23 ev və ümumilikdə 47 obyektin tamamilə dağıldığını, 41 evin və 25 tövlə, anbar kimi tikilinin isə ciddi ziyan gördüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında paylaşım edib.

O bildirib ki, Bilecikin Gölpazarı və Osmaneli rayonlarında baş verən yanğınları ilk andan etibarən yaxından izləyirlər.

Nazirliyin Tikinti İşləri Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan zərər və dağıntı qiymətləndirmələri artıq tamamlanıb.

Nazir bildirib ki, iki rayondakı 3 kənddə 128 tikiliyə baxış keçirilib:

"Ümumilikdə 150 ərazi dəyərləndirilib. 23 ev və 1 məscid də daxil olmaqla 47 obyektin tamamilə dağıldığı, 41 evlə yanaşı 25 tövlə və anbar kimi iaşə obyektin isə ağır ziyan gördüyü müəyyən edilib".

Seçilən
30
21
teleqraf.com

10Mənbələr