AZ

“Sabah” “Rapid”lə məhsuldar heç-heçəyə razılaşdı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” (Buxarest) komandası ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın “bayquşlar”ın “sükan”ı arxasında ilk oyunu olub.

Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels və Xəyal Əliyev fərqləniblər.

Dambrauskasın rəhbərlik etdiyi komanda Sloveniyadakı hazırlıq çərçivəsində ikinci yoxlama matçını iyulun 3-də Macarıstanın “Pakş” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu
29 iyun

Sabah (Azərbaycan) – Rapid (Buxarest, Rumıniya) 2:2

Seçilən
23
8
arena.az

10Mənbələr