AZ

SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi YANIR – VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin İraqdakı ofisi güclü yanğınla üzləşib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Bağdadın Cadriyyə körpüsü yaxınlığında yerləşən “Qəlb Aləm” otelində baş verib. Otel rəhbərliyindəki etibarlı mənbələrin verdiyi məlumata görə, alov otel binasının yuxarı mərtəbələrində, SEPAH-ın Kəşfiyyat Bölməsinə məxsus xüsusi ofisdən başlayıb.

Yanğının səbəbləri və nəticələri ilə bağlı rəsmi açıqlama hələ verilməyib. Hadisə yerinə fövqəladə hallar xidməti cəlb olunub, ərazi nəzarətə götürülüb.

Seçilən
8
26
konkret.az

10Mənbələr