AZ

"OpenAI" işçiləri "Meta"ya qaçır - SƏBƏB

"Meta" şirkəti süni intellekt sahəsində kadr heyətini gücləndirmək məqsədilə "OpenAI" əməkdaşlarını cəlb etmək siyasətini davam etdirir.

Valyuta.az xəbər verir ki, son məlumata əsasən, şirkət "OpenAI"də çalışan daha dörd tədqiqatçını - Şenccia Çjao, Cziahui Yu, Şuçao Bi və Honqyu Ren-i komandaya qatıb.

Bununla yanaşı, ötən günlərdə "OpenAI"nin daha bir nüfuzlu tədqiqatçısı Trapit Bansal da "Meta"ya qatılıb. Beləliklə, son həftələr ərzində "OpenAI"dən "Meta"ya keçən mütəxəssislərin sayı sürətlə artır.

Bu işə qəbul dalğası "Meta"nın aprel ayında təqdim etdiyi "Llama 4" süni intellekt modelindən sonra müşahidə olunur. Bildirilir ki, model şirkət rəhbərliyinin, xüsusilə də Mark Zukerberqin gözləntilərini tam qarşılamayıb və bəzi performans testlərində zəif nəticələr göstərib. Bunun fonunda şirkətin süni intellekt sahəsində təcrübəli mütəxəssisləri cəlb etmək istiqamətində addımlarını intensivləşdirdiyi diqqət çəkir.

Məlumatlara görə, "Meta" bəzi hallarda yüksək imza bonusları təklif etməklə, xüsusilə aparıcı tədqiqatçıları cəlb etməyə çalışır. "OpenAI" rəhbərliyi isə bu məsələ ilə bağlı bildirib ki, hələlik onların əsas kadr heyəti şirkətdə qalır, təkliflər isə sadə bonuslardan daha kompleks şərtlərlə müşayiət olunur.

Süni intellekt sahəsində gedən bu rəqabət yalnız texnologiya deyil, həm də strateji üstünlük uğrunda mübarizə xarakteri daşıyır. "OpenAI" kimi qabaqcıl tədqiqat mərkəzlərindən təcrübəli əməkdaşların ayrılması "Meta" üçün həm texnoloji inkişaf, həm də bazarda mövqe baxımından önəmli addım hesab olunur.

Sərvanə Rəmixanova

Seçilən
64
8
valyuta.az

10Mənbələr