Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media-nın məlumatına görə, hadisə Safikürd kəndi istiqamətində baş verib.
"VAZ 2106" markalı avtomobil "Metcedes Spirinter" markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırıllb. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.