AZ

“MAQATE İranın nüvə silahı hazırlaması ilə bağlı əlamət görmədi” – Qrossi


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramının nüvə silahı yaratmaq məqsədi daşıdığına dair heç bir işarə görməyib.
Yeniavaz.com
xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Amerikanın CBS teleşirkətinə müsahibəsində deyib.
“Biz proqramın buna yönəldiyini görmədik, lakin eyni zamanda, İran hakimiyyəti verilən bəzi vacib suallara cavab vermədi”, - o, Tehranın nüvə silahı yaratmağı planlaşdırdığına dair işarələrin olub-olmaması barədə danışarkən qeyd edib.
Qrossinin sözlərinə görə, MAQATE İranın nüvə proqramı ətrafında vəziyyəti həmişə çox dürüst qiymətləndirib:
“Sizi əmin edə bilərəm ki, “Hesabatınızda İranın nüvə silahına malik olduğunu və ya onların nüvə silahına sahib olmağa çox yaxın olduğunu söyləməlisiniz” deyənlər çox idi. Biz bunu etmədik. Etmədik, çünki bunu görmədik”.
Seçilən
5
1
yeniavaz.com

2Mənbələr