ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramının nüvə silahı yaratmaq məqsədi daşıdığına dair heç bir işarə görməyib.
Yeniavaz.com xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Amerikanın CBS teleşirkətinə müsahibəsində deyib.
“Biz proqramın buna yönəldiyini görmədik, lakin eyni zamanda, İran hakimiyyəti verilən bəzi vacib suallara cavab vermədi”, - o, Tehranın nüvə silahı yaratmağı planlaşdırdığına dair işarələrin olub-olmaması barədə danışarkən qeyd edib.
Qrossinin sözlərinə görə, MAQATE İranın nüvə proqramı ətrafında vəziyyəti həmişə çox dürüst qiymətləndirib:
“Sizi əmin edə bilərəm ki, “Hesabatınızda İranın nüvə silahına malik olduğunu və ya onların nüvə silahına sahib olmağa çox yaxın olduğunu söyləməlisiniz” deyənlər çox idi. Biz bunu etmədik. Etmədik, çünki bunu görmədik”.
Xatırladaq ki, CNN-in iyunun 24-də verdiyi məlumata görə, Amerikanın kəşfiyyat ictimaiyyəti hesab edir ki, İrana zərbələr Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, hücum böyük ehtimalla Tehranın nüvə bombası əldə etməsini bir neçə ay gecikdirib. Bu qənaətləri ABŞ Müdafiə Kəşfiyyat İdarəsi hazırlayıb. Eyni zamanda, bu cür qənaətləri onların düzgünlüyünə aşağı dərəcədə inamla irəli sürdüyünü qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.