AZ

29 yaşlı şəxs qayınanasını qətlə yetirib, 3 nəfəri yaralayıb

29

İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin məlumatına görə, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.

A. Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

K. Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.
Seçilən
6
43
reyting.az

10Mənbələr