İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.
Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar deyib.
O bildirib ki, hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.
Onun sözlərin görə, yaralananlar arasında zabitlər də var və hərbçilər xəstəxanaya yerləşdiriliblər. (Report)