AZ

Şabranda ağır qəza – TƏFƏRRÜAT

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Günəşli kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə  “Niva” markalı minik avtomobili “Kamaz” markalı yük avtomobili ilə toqquşub, daha sonra isə, “Kamaz” qarşıdan gələn “Atego” markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı 3 nəfər ağır xəsarətlər alıb. “Niva”nın ağır yaralanan sürücüsü Əmrulla Ağakişiyev deformasiyaya uğrayan avtomobildən çıxarılaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Digər iki sürücü, Elnur Cəbrayılov və Samir Ağayev isə, Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb, onların da vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya “Niva” markalı nəqliyyat vasitəsinin manevr qaydalarını pozmasının səbəb olduğu bildirilir. Hadisə yerinin avtotexniki ekspertizası aparılıb, araşdırmalar davam etdirilir.

Seçilən
16
50
heftelik.az

10Mənbələr