“Sabah” FK Vinsent Till ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Till 2023-cü ildən etibarən “Sabah”da çıxış edib. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.