AZ

Sabah Yekaterinburqda saxlanılan azərbaycanlılarınMƏHKƏMƏSİ KEÇİRİLƏCƏK

Sabah Yekaterinburq şəhərində Rusiya  Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək.


"Report"un məlumatına görə, proses yerli vaxtla saat 11:00-a təyin olunub.

 

Bildirilib ki, FTX-nın Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb.

 

Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır və hazırda xəstəxanadadır.

 

Xatırladaq ki, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə törədilmiş cinayət işidir. Rusiya Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. İstintaq sirri olduğundan indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı vurğulanıb.

 

Seçilən
14
23
senzor.az

7Mənbələr