AZ

Fənərbaxça bu forvardla razılığa yaxındır

“Fənərbaxça” Kolumbiya millisinin hücumçusu Jhon Duranın transferini reallaşdırmağa yaxındır. Futbolçunun transfer hüququnu əlində saxlayan Səudiyyə Ərəbistanı klubu “Al Nassr” İstanbul təmsilçisinin təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.

 

Hazırda “Fənərbaxça” 20 yaşlı forvardla şəxsi razılıq əldə etməyə çalışır. Bu mövsüm 47 oyunda meydana çıxan Duran 24 dəfə rəqib qapılarına yol tapıb.

 

Transfer baş tutarsa, “sarı-lacivərdlilər” hücum xəttini daha da gücləndirmiş olacaq.

 

Əlisahib İbrahimli

Seçilən
63
18
sitat.info

10Mənbələr