AZ

Rusiyada öldürülən azərbaycanlıların nəşləri vətənə gətiriləcək - XİN

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlıların nəşlərinin vətənə gətirilməsi ilə bağlı tədbirlər görülür

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Rusiyada qətlə yetirilən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsi ilə bağlı XİN-in Rusiyadakı Baş Konsulluğu tərəfindən müvafiq tədbirlər görülür:

"Həmyerlilərimizin nəşinin ölkəmizə nə zaman gətiriləcəyi isə hələlik məlum deyil." - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov OMON-çular tərəfindən döyülərək amansızcasına qətlə yetirilib.

Aytac Bəhruzqızı

Seçilən
1
1
modern.az

2Mənbələr