AZ

Laporta De Yonq qərarını açıqadı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona"nın prezidenti Joan Laporta yarımmüdafiəçi Frenki de Yonq haqda danışıb.

QOL.az sport.es-ə istinadən xəbər verir ki, o, 28 yaşlı futbolçu ilə müqaviləni uzatmaq üzərində işlədiklərini deyib: 

"Frenkinin uzun illər bizimlə olmasını istəyirik. Çünki o, komandamızın əsas oyunçusudur. De Yonqun müqaviləsinin uzadılması prosesi gedir, xəbərlər tezliklə gələcək".

Qeyd edək ki, De Yonq 2019-cu ildən "Barselona"da oynayır. O, ötən mövsüm bütün yarışlarda 46 matça çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib. Niderlandlı oyunçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
qol.az

2Mənbələr