AZ

“Music Gallery”nin “Zaqatala” ilə işbirliyini dayandırmasının səbəbi! – “Futbol markanın yeni rəhbərliyinə maraqlı olmadı”

“Zaqatala” ilə “Music Gallery” arasındakı işbirliyi başa çatıb. Bunun səbəbi isə sponsor şirkətdə əl dəyişməsi olub.

Xatırladaq ki, sponsorluq müqaviləsi ötən ilin fevralında Futbolun İnkişaf Fondunun vasitəçiyi ilə imzalanmışdı. Bu məsələ ilə bağlı FİF-in icraçı direktoru Tural Piriyevlə də əlaqə saxladıq:
“Music Gallery” ilə “Zaqatala” arasında bağlanan müqavilə 18 aylıq idi. Bu 18 ay test dövrü idi. Sponsor şirkətdə əl dəyişdiyi üçün işbirliyi başa çatdı. Futbol markanın yeni rəhbərliyinə maraqlı olmadı. Müqavilə müddəti bu mövsüm başa çatacaq”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
19
1
football-plus.az

2Mənbələr