“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər.”
AzPost xəbər verir ki, bunu APA-ya açıqlamasında ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib.
Seyfəddin Hüseynli bildirib ki, qardaşları; Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb.
Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.
Nəticədə Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər. O biri qardaşlarını da naməlum istiqamətə aparıblar.