AZ

"Atletiko" 23 yaşlı yarımmüdafiəçi transfer etdi

"Atletiko" növbəti transferini reallaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Madrid klubu Aleks Baena ilə müqavilə bağlayıb.

Madridlilər 23 yaşlı yarımmüdafiəçiyə görə "Vilyarreal"a 45 milyon avro ödəniş edib. Daha 5 milyon avro bonus ödəniləcək. Alekslə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Baena ötən mövsümdə 33 matçda 7 qol vurub, 10 ötürmə verib.

Seçilən
20
2
bakivaxti.az

3Mənbələr