AZ

İsrail müdafiə naziri orduya tapşırıq verdi – İrana qarşı hərbi plan hazırlanacaq

​BAKI, 27 iyun. TELEQRAF

İsrailin müdafiə naziri İsrael Kats orduya İrana qarşı konkret hərbi tədbirləri əhatə edən fəaliyyət planı hazırlamaq göstərişi verib.

Teleqraf xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"İsrailin hava üstünlüyünü qorumaq, İranın nüvə silahı və raket istehsalının qarşısını almaq, eləcə də İsrailə qarşı terror fəaliyyətinə dəstəyinə cavab vermək məqsədilə hərbi tədbirlər planının hazırlanması barədə Müdafiə Ordusuna göstəriş verdim", – Kats bildirib.

Nazir əlavə edib ki, İsrail bu tip təhdidlərin qarşısını almaq üçün mütəmadi olaraq fəaliyyət göstərəcək.

Seçilən
52
50
teleqraf.com

10Mənbələr