AZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

“Rusiya Ermənistan üçün Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi Birliyinin (AİB) qaydaları arasında ziddiyyətləri qeyd edən məktub hazırlayır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksey Overçuk TASS-ın sualını cavablandırarkən deyib.

“Mən həmkarım Mher Gerbertoviçə (Ermənistan baş nazirinin müavini Qriqoryan – red.) ünvanlanacaq məktubu imzalamağa hazırlaşıram, fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma) Avrasiya İqtisadi Birliyinin normalarına ziddir. Bu baxımdan, müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacağıq”, - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.

Overçuk bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması çərçivəsində baş verən prosesləri izləyir.

Ətraflı
Baş nazirin müavini xatırladıb ki, Ermənistan parlamenti Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyini bəyan edən qanun qəbul edib:

“Ermənistanda bu istiqamətdə gedən prosesləri diqqətlə izləyirik. Əlbəttə, biz həmişə Ermənistan xalqının seçiminə hörmətlə yanaşacağıq, amma həm də başa düşürük ki, bunu artıq Nikol Paşinyan da təsdiqləyib - Ermənistanın həm Avrasiya İqtisadi Birliyində, həm də Avropa İttifaqında eyni vaxtda mövcudluğu mümkün deyil”.
Seçilən
7
11
sherg.az

10Mənbələr