AZ

"Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası dünənki patlayışdan sonra hazırda gündəlik fəaliyyətini davam etdirdikləri ilə bağlı məlumat yayıb.

Kinostudiyadan "Report"a verilən xəbərə görə, hadisə uzun müddət istifadə olunmayan anbarda baş verib.

"Azərbaycanfilm" kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur".

Məlumatda həmçinin vurğulanıb ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir:

"Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur".

Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası yerli və xarici istehsalçı şirkətlərlə əməkdaşlığa açıq olduqlarını da bildirib.

Seçilən
10
13
report.az

10Mənbələr