Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası dünənki patlayışdan sonra hazırda gündəlik fəaliyyətlərini davam etdirdikləri ilə bağlı məlumat yayıb.
News24.az xəbər verir ki, bu barədə kinostudiyadan Globalinfo.az-a bildirilib.
Məlumata görə, hadisə uzun müddət istifadə olunmayan anbarda baş verib:
“Azərbaycanfilm” kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur”.
Həmçinin vurğulanıb ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir:
“Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin “Molla Nəsrəddin – çətin günlərimin dostu” filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur”.
Xatırladaq ki, dünən gecə saatlarında kinostudiyanın pirotexnika anbarında partlayış olub.