Fransa millisinin sabiq üzvü Olivye Jiru “Lill”ə keçməyə yaxındır.
Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi artıq fransız forvardla razılıq əldə edib.
Onun “Los-Anceles”lə müqaviləsini ləğv edəcəyi və əvəzində “Lill”lə bir illik müqavilə imzalayacağı gözlənilir.
38 yaşlı futbolçu MLS təmsilçisinin heyətində 37 matçda cəmi 5 qol vurub.
saytlarin hazirlanmasi