EN

Fransa millisinin sabiq hücumçusu ABŞ-dan ayrılacaq, yeni komandası bəllidi

Fransa millisinin sabiq üzvü Olivye Jiru “Lill”ə keçməyə yaxındır.

Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi artıq fransız forvardla razılıq əldə edib.

Onun “Los-Anceles”lə müqaviləsini ləğv edəcəyi və əvəzində “Lill”lə bir illik müqavilə imzalayacağı gözlənilir.

38 yaşlı futbolçu MLS təmsilçisinin heyətində 37 matçda cəmi 5 qol vurub.

saytlarin hazirlanmasi

Chosen
15
1
sportal.az

2Sources