"Zirə"də gözlənilməz ayrılıq yaşanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək Bakı klubun lideri Salifu Suma Azərbaycanı tərk edib.
Buna ölkə xaricindən aldığı təkliflər səbəb olub. Sumanın xidmətində Rusiya, Türkiyə və Ukrayna klubları maraqlı olsa da, o, sonuncunu seçib. 21 yaşlı qvineyalının karyerasını Kiyev "Dinamo"sunda davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.
Qeyd edək ki, Ukrayna nəhəngi bu ilin yanvarında "Zirə"yə rəsmi təklif göndərmişdi. Klublar yarımmüdafiəçinin keçidi üçün artıq bütün detallarda razılıq əldə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media