AZ

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

Türkiyənin “Konyaspor” klubu “Zirə”nin futbolçusu Salifu Suma ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqa təmsilçisinin qvineyalı vinger üçün danışıqlara başladığı bildirilir.

Sumanın adı daha əvvəl Rusiyanın “Spartak”, Ukraynanın “Dinamo”, Türkiyənin “Fənərbağça”, Bolqarıstanın ÇSKA klubları ilə hallanıb.

Seçilən
73
9
futbolpress.az

10Mənbələr