AZ

Pentaqon: Büdcənin müdafiə xərcləri əsasən Çini nəzarətdə saxlamağa yönəlib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2026-cı maliyyə ili üçün nəzərdə tutulan 1,01 trilyon dollarlıq müdafiə büdcəsinin əsas məqsədi Çin Xalq Respublikasını nəzarətdə saxlamaq və ABŞ-ın hərbi-sənaye kompleksini gücləndirməkdən ibarət olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə 26 iyun tarixində jurnalistlərə Pentaqonun nümayəndələri məlumat veriblər.

Vurğulanıb ki, bu müdafiə büdcəsində prioritet istiqamətlərə daxili təhlükəsizlik, Hind-Sakit okean regionunda Çin tərəfindən mümkün təcavüzün qarşısının alınması və ölkənin müdafiə-sənaye bazasının canlandırılması daxildir.

Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin ehtiyacları üçün Konqresdən aşağıdakı məbləğləri ayırmağı xahiş edir:

Quru Qoşunları üçün – 197,4 milyard dollar,Hərbi Dəniz Qüvvələri üçün – 292,2 milyard dollar,Hərbi Hava Qüvvələri üçün – 301,1 milyard dollar.

Pentaqon, xüsusilə, ölkənin nüvə triadasının bütün komponentlərinin modernləşdirilməsi üçün 60 milyard dollar, ABŞ tərəfindən yaradılması planlaşdırılan "Golden Dome" (Qızıl Günbəz) raketdən müdafiə sisteminin ilkin kapital yatırımı üçün 25 milyard dollar ayırmağı planlaşdırır.

Bundan əlavə:

Altıncı nəsil "F-47" qırıcı-bombardman təyyarəsinin hazırlanmasına – 3,5 milyard dollar,Hipersəsli silahların inkişafına – 3,9 milyard dollar,Kibertəhlükəsizliyin təmin olunmasına – 15,1 milyard dollar,Müdafiə sənayesi üçün təchizat zəncirlərinin təkmilləşdirilməsinə – 1,3 milyard dollar,Raket və digər döyüş sursatlarının istehsalının artırılmasına – 2,5 milyard dollar,Sərhəd nəzarətinin gücləndirilməsinə isə – 5 milyard dollar ayrılması nəzərdə tutulur.

Layihəyə əsasən, əvvəlcədən planlaşdırılan 74 ədəd beşinci nəsil "F-35 Lightning II" qırıcı-bombardman təyyarəsinin əvəzinə yalnız 47 ədəd alınacaq. Bununla yanaşı, "Boeing" şirkətinin istehsal etdiyi "E-7 Wedgetail" uzaq məsafəli radiolokasiya aşkarlama və idarəetmə təyyarələrinin alınmasından da imtina tövsiyə olunur.

Qeyd edək ki, Ağ Ev bu ilin may ayının əvvəlində bəyan etmişdi ki, ABŞ 2026-cı maliyyə ilində hərbi xərcləri 1,01 trilyon dollara çatdırmağı planlaşdırır. Federal büdcə layihəsinə əsasən, 2025-ci illə müqayisədə müdafiə xərclərinin 13,4% artırılması nəzərdə tutulur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr