AZ

Hakim oyun zamanı həbs edildi

Futbol hakimi Ederson Karlos da Silva Braziliyanın San-Paulu ştatının Quaruja şəhərində həvəskarlar arasında keçirilən oyun zamanı həbs edilib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,polis futbolçuya sarı vərəqə göstərdikdən bir neçə saniyə sonra meydanda futbol hakimini həbs edib.

Hakim yan xəttə dönərkən gülləkeçirməz jiletli polislər meydançaya qaçıblar, onun qollarını qandallayıblar və oyunçuların və azarkeşlərin təəccüblü baxışları qarşısında onu uzaqlaşdırıblar.

Bundan əvvəl Braziliya məhkəməsi narkotik alverində iştirakda şübhəli bilinən 38 yaşlı da Silvanın həbsinə order verib. İstintaqın aparılmasına San-Pauluda 450 kiloqram kokainin müsadirə edilməsi səbəb olub. Cinayət zəncirinin üstü açılarkən, futbol hakiminin bütün San-Paulu ştatında qadağan olunmuş maddənin logistikasına cavabdeh olduğu müəyyən edilib.

Seçilən
18
4
heftelik.az

10Mənbələr