AZ

Luis Ortis “Neftçi”də

Paraqvayın “Sportivo Ameliano” klubunun sol vingeri Luis Ortis bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Paraqvaylı sol cinah yarımmüdafiəçisi 1 il müddətinə icarəyə götürülüb.

25 yaşlı futbolçu “San Lorentso” və “Sol de Amerika” klublarının yetirməsidir. O, 2023-cü ilin əvvəlindən formasını geyindiyi “Sportivo Ameliano”da 72 oyuna çıxıb, 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

“Neftçi” daha öncə Sessi D’Almeydanı da transfer etmişdi. Emil Balayevlə yeni müqavilə bağlamış paytaxt klubu Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və Ervin Koffi ilə də yollarını ayırıb.

Seçilən
30
arena.az

1Mənbələr