Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri artıb.
İdmanxeber.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun dəyəri 200 min avro artıb.
Emreli ötən günlərdə Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”ə keçib.
Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.