AZ

Şəkər uşaqların sağlamlığına necə təsir edir? – Professordan AÇIQLAMA

Şəkər yalnız qida maddəsi deyil, həm də uşaqların ən çox maraqlandığı və cazibədar hesab etdiyi bir "cəzbedici" gücə sahibdir. Lakin çoxmillətli qida şirkətləri, bu gücü istifadə edərək uşaq psixikasını manipulyasiya edir və onlarda şəkər bağımlılığına səbəb olurlar.
 

Mütəxəssislər, gündəlik həyatda demək olar ki, hər məhsulda mövcud olan şəkərin uzun müddətdə "asılılığa" səbəb ola biləcəyini bildirirlər. Onlar, çoxmillətli qida şirkətlərinin xüsusilə uşaqlara yönəlik reklam strategiyalarının bu təhlükəni daha da dərinləşdirdiyini vurğulayırlar.


Araşdırmalar həddindən artıq şəkər istehlakının piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri kimi fiziki sağlamlıq problemlərinə səbəb olmasının yanında, qan şəkəri səviyyələrində ani dəyişikliklər edərək idraki funksiyalara da mənfi təsir göstərdiyini ortaya qoyur.

Bizim.Media xəbər verir ki, Amerikada, Şimali Karolina Universiteti (UNC) Gillings Qlobal İctimai Sağlamlıq Məktəbinin professoru Barry Popkin insanların təbii olaraq şirin qidalara meyl etmələrinin sağ qalma düşüncəsi ilə inkişaf etdiyini bildirib.

“Yüz illər boyunca şirin qidalar, məsələn, meyvə və böyürtkən kimi qidaları həyat davamlığı üçün vacib olub və insanların şirinliyi müsbət bir stimul olaraq qəbul etdib. Bunun əksinə olaraq, acı dadları isə zəhərli bitkilərdən qorunmaq məqsədilə mənfi bir xəbərdarlıqdır” – deyə o, qeyd edib.

Professor əlavə edib ki, müasir dövrdə şəkər istehlakı nəzarətsiz şəkildə artıb xüsusilə şəkər, doymuş yağ və qatqı maddələri ilə zəngin olan işlənmiş qidalar istehlakçılarda daha çox yemək istəyi yaradır.

Gülər Həsənli, Bizim.Media

Seçilən
128
8
bizim.media

10Mənbələr