AZ

Emil Balayev daha bir il “Neftçi”də


Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Neftçi” klubu qapıçısı ilə Emil Balayev ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayına qədər Bakı təmsilçisində çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da bu komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. Emil paytaxt klubunun əsas komandasında cəmi 17 oyun keçirib, 16 qol buraxıb, 7 matçda qapısını toxunulmaz saxlayıb.

Emil Balayev karyerası ərzində “Səbail”, “Tobol”, “Qarabağ”, “Zirə”, “Turan”, “Ayntraxt” (Frankfurt) və “Sumqayıt”da da çıxış edib. O, Azərbaycan milli komandasının heyətində 14 oyun keçirib, 24 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

“Neftçi” daha öncə Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və Ervin Koffi ilə yollarını ayırdığını açıqlamışdı. Paytaxt klubu gedənlərin əvəzində Sessi D’Almeydanı transfer edib.

Seçilən
1
18
arena.az

10Mənbələr